Dünya futbolu

“Tottenhem” israrını davam etdirir

“Tottenhem” və “Cenoa” arasında Radu Draquşin üçün müzakirələr davam edir.

İdmanxeber.azın məlumatına görə, London klubu ruminiyalı müdafiəçi üçün 23 milyon avro ödəməyə hazırdır. İtaliya klubu isə 30 milyon tələb edir. Tərəflər arasında danışıqlar davam edəcək.

Draquşin bu mövsüm 22 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43