Dünya futbolu

“Tottenhem”in futbolçusu karyerasını bu klubda davam etdirəcək

İngiltərənin "Tottenhem" klubunun aparıcı futbolçusu Cermeyn Defo Kanadanın "Toronto" klubuna keçməyə çox yaxındır.

Britaniya mətbuatının yaydığı xəbərə görə, İngiltərə millisinin sabiq üzvü danışıqlar aparmaq üçün adıçəkilən ölkəyə yollanıb. Bəzi mənbələrə inansaq, Defo artıq "Toronto"nun futbolçusudur. Bu transferin 6 milyon avroya başa gəldiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43