Müsahibə

“Caspian Ultras”ın rəhbəri: “Qafqazda belə bir şey olmayıb, “Fırtınalar meydanı”nda olacaq” – MÜSAHİBƏ

Saytımızda keçirilən “2013-cü ilin ən yaxşı fan-klubu” sorğusunun qalibi olan “Caspian Ultras” qrupunun rəhbəri Ramal Novruzovun müsahibəsi.

– İlk öncə təbrik edirik. Təəssüratlarınızı bilmək istəyərdik.

Gözəl nailiyyətdi. “Caspian Ultras” hər zaman, hər yerdə sözünü deyib və bugünkü gündə də uğurlar gəlir. Ümid edirik ki, qarşıda bundan da gözəl uğurlar qazanacağıq. 

– 2013-cü il sizin üçün major notlarda bitdi. Sorğuda qalib gələcəyinizi düşünürdüzmü?

Əlbəttə, biz özümüzə inanırdıq. Sadəcə bizi üzən məaqm klubumuzun göstərdiyi zəif nəticələrdi. İlin son oyunlarında komandamız daha yaxşı çıxış etdi. Düşünürəm ki, Dənizlinin rəhbərlik etdiyi komandamız 2014-cü ildə daha uğurlu nəticələrlə biz azarkeşləri sevindirəcəklər. 

– 2013-cü il “Caspian Ultras” üçün nə ilə yadda qaldı?

Ötən ildə uğurlarımız oldu. Yeni təzahüratlarla, pankartlarla, bundan əlavə qızların fan-qrupa daxil edilməsi, söyüşə qadağa qoyulması, təhqiredici sözlerin qarşısını almaq yolunda bir çox işlərimiz oldu. Artıq “Caspian Ultras”ın xanım fanatları da kifayət qədərdi və bu say günü-gündən artmaqdadı.  Bundan əlavə ötən ilin ən yadda qalan hadisəsi Qəbələdə oldu. Oradakı oyunumuzda polislər bizim komandamıza dəstək verməyə hər cür şərait yaratdılar. Hətta “Qəbələ” azarkeşlərinin bizim açdığımız bannerləri stadionda dövrə vurmaları 2013-cü ilin ən xoş anları idi. Burdan onlara təşəkkürümüzü bildiririk.

– “Xəzər Lənkəran” tez-tez baş məşqçi dəyişikliyinə getdi. Sizə problemin kökü nədədi?

Son olaraq Toşakı misal götürək. Toşaka hər cür şərait yaradılmışdı. Gərək rəhbərlik Toşakın qərarlarını incələyəydi. Rəhbərlik bəzi məşqçilərə çox sərbəstlik verməsi yaxşı olmadı və nəticəsi də belə oldu.

– Bu ildə “Caspian Ultras”dan nə gözləyək?

Bu il həqiqətən tam başqa bir “Caspian Ultras” görəcəyik. Bu ildə böyük bir yenilik olacaq. Fevral ayında bizim yeniliyimizi hər kəs görəcək. Qafqazda bir ilk olacaq bu. Artıq 6 aydı bu yöndə işlər gedir, bitmək üzrədi. Açıqlamayacam, sürpriz olsun (gülür)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43