İdman

Tovuz klubu xal itirdi, “Mil-Muğan”dan qələbə

Bu gün Azərbaycan I divizionunda 11-ci turun daha 3 oyunu keçirilib.  

İdmanxeber.com-un məlumatına görə, lider “Turan Tovuz” Bakıda MOİK-lə oyunda 2 xal itirib.

MOİK – “Turan Tovuz” – 2:2
Qollar:
 Orxan Həsənov, 16; Məhəmməd Bədəlbəyli, 64 // Rəhman Musayev, 29 (p.); 72

“Qaradağ Lökbatan” – “Mil-Muğan” – 0:1
Qol:
 Tofiq Mikayılov, 5

“Göyəzən” – “Bakılı” – 2:0
Qollar:
 Arzuman Vəliyev, 29 (p.); Azad Böyükkişiyev, 65

11 turdan sonra “Turan Tovuz” 27 xalla birinci, “Zaqatala” 25 xalla ikinci, “Səbail” 22 xalla üçüncü yeri tutur.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43