Dünyadan

Tuğrul Erat izlədi, “Duysburq” qalib gəldi

Almaniya üçüncü Bundesliqasında 18-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” doğma meydanda “Fortuna” Kölnlə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Erat bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Duysburq” 18 turdan sonra 34 xalla 1-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43