Ölkə futbolu

“Turan Tovuz” “Araz Naxçıvan”ı məğlub etdi

Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, ötən gündən təxirə salınmış matçda “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahibləri bu nəticədən sonra xallarının sayını 22-ə çatdırıb və “Sabah”la birlikdə 6-7-ci yerləri bölüşdürür. Naxçıvan klubu 26 xalla beşincidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43