19 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” yeni transferini açıqladı

“Turan Tovuz” bu qış ilk transferini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Tovuz təmsilçisi hücumçu Aleks De Souza Alkantaranı heyətinə cəlb edib. Braziliyalı forvard ilə 2,5 il müddətində rəsmi müqavilə bağlanıb.

Braziliya “Santos”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Türkiyənin “Boluspor”, Litvanın “Hegelman” klublarının formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43