Ölkə futbolu

“Turan Tovuz”da yeni müqavilə

“Turan Tovuz” kapitanı Kamal Bayramovla müqaviləni daha 1 il müddətinə artırıb. 

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı qapıçı 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, K.Bayramov 2022-ci ilin iyunundan Tovuz təmsilçisində oynayır. O, 2022/2023 mövsümündə Premyer Liqada meydana çıxdığı 9 matçda 14 qol buraxıb, 2 görüşdə qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43