Ölkə futbolu

“Zirə”nin bu təklifi İsayevin fikirlərini qarışdırdı – son 10 gün

“Qəbələ”nin futbolçusu Məqsəd İsayevin “Neftçi” və “Zirə”nin maraq dairəsində olması ilə bağlı məlumat vermişdik.

İdmanxeber.az-a daxil olan məlumata görə, futbolçu “Zirə”dən gələn ilk təklifə “yox” deyib. Buna səbəb qəsəbə təmsilçisinin ona aylıq 8000 manat maaş təklifi olub. Aşağı-yuxarı “ağ-qaralar”ın da futbolçuya təklifi belə olduğundan İsayev “Neftçi” variantı üzərində dayanmağı seçib.

Ancaq daha sonra “qartallar” bu məbləği 12000 manata qaldırması futbolçunun fikirlərini qarışdırıb. Bu baxımdan da İsayev qərar verməkdə çətinlik çəkir. O, tərəflərdən 10 gün vaxt istəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43