Kateqoriyasız

Türk futbolçu “Beşiktaş”la yollarını ayırdı

Türkiyənin “Beşiktaş” klubu daha bir futbolçusu ilə yolları ayırıb.

İdmanxeber.com-un məlumatına görə, hücumçu Mustafa Pektemekin başa çatan müqaviləsi yenilənməyib.

Bu barədə yerli mətbuata klub prezidenti Fikrət Orman açıqlama verib.

2011-ci ildən İstanbul klubunda çıxış edən 27 yaşlı futbolçu “qara qartallar”ın heyətində 89 oyuna çıxıb və 17 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43