Kateqoriyasız

“Düdelanj” “Qarabağ”la oyuna hazırlaşır – daha bir transfer

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Lüksemburq “Düdelanj”ı heyətinə yeni futbolçular cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, sözügedən komanda Almaniyanın “Kayzerslautern II” klubundan yarımmüdafiəçi Mario Pokaranı, yerli “Jeness”dən Momara N`Ndiaye və Brayan Melisseni transfer edib. “Rodanja”nın qapıçısı Co Frizinqa isə isarəyə götürülüb.

“Qarabağ”la “Düdelanj” arasındakı ilk oyun iyulun 7-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43