Ölkə futbolu

Türkiyə klubunun idman direktoru Bakıda: iki futbolçunun transferi üçün gəlib – ÖZƏL

Türkiyənin PTT birinci liqa klublarından olan "Şanlıurfaspor"un idman direktoru Murad Daldık Azərbaycandadı.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Urfa təmsilçisinin rəsmisinin Azərbaycana səfəri əbəs yerə deyil. 

Belə ki, Murad bəy Azərbaycandan iki futbolçu aparmaq üçün gəlib. Daha doğrusu o, sabah Premyer Liqanın XVI turunun oyunlarını izləyəcək və bəyəndiyi futbolçularla bağlı Urfa klubunun baş məşqçisi Reha Kapsalı məlumatlandıracaq.

"Şanlıurfaspor" azərbaycanlı futbolçuların Türkiyədə legioner sayılmamasından istifadə edərək, ən azı iki futbolçumuzu heyətinə qatmağa can atır. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43