Dünyadan

Türkiyə millisinin üzvü La Liqa klubunda

Türkiyə millisinin futbolçusu Okay Yokuşlu karyerasını İspaniya La Liqasında davam etdirəcək. 

İdmanxeber.com-un məlumatına görə, “Trabzonspor”un üzvü bundan sonra “Selta”da çıxış edəcək.

Klub onunla 5 illik müqavilə imzalandığını açıqlayıb.

Yığmanın başqa bir futbolçusu Emre Mor da “Selta”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43