Dünyadan

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası

Türkiyənin  “Qaziantepspor” klubu baş məşqçisi İbrahim Üzülməz ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, rəhbərlik dekabr ayında baş məşqçi postuna gətirilən Üzülməzlə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.

Qeyd edək ki, dekabrın 12-də “Qaziantepspor”a baş məşqçi təyin olunan İbrahim Üzülməzin rəhbərliyi altında komanda cəmi 3 oyun keçirib və hər üçündə məğlub olub. “Qaziantepspor” hazırda 11 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43