Kateqoriyasız

Türkiyədə oynayacaq azərbaycanlı futbolçuların SİYAHISI

Türkiyə PTT Birinci Liqasının başlamasına az müddət qalıb.

İdmanxeber.com-un məlumatına görə, hər il sözügedən liqada azərbaycanlı futbolçuların çıxışına adət etmişik. Bu dəfə isə mənzərə tam fərqlidi.

Belə ki, nə az, nə çox düz 9 azərbaycanlı futbolçu qardaş ölkədə top qovacaq. Əsas millinin üzvləri – Mahir Şükürov, Ufuk Budak, Vaqif Cavadov, U-21-in iki üzvü – Timur Temeltaş, Ümüt Sönmez, eləcə də Ayaz Mehdiyev və Rəhman Hacıyev, yığmanın sabiqləri Branimir Subaşiç, Rail Məlikov sözügedən ölkədə özlərini sınayacaqlar.

Ümumi siyahı isə aşağıdakı kimidi:

Vaqif Cavadov (Gaziantep B.B)

Rəhman Hacıyev (Gaziantep B.B)

Ufuk Budak (Gaziantep B.B)

Rail Məlikov (Denizlispor)

Mahir Şükürov (Karşıyaka)

Ayaz Mehdiyev (Giresunspor)

Branimir Subaşiç (Manisaspor)

Ümüt Sönmez (Orduspor)

Timur Temeltaş (Altınordu)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43