Kateqoriyasız

“Qarabağ” üçün cüzi təsəlli

“Qarabağ”ın Avstriyada “Zalsburq”la matçda zədələnən iki futbolçusu – Maksim Medvedev və İlqar Qurbanov Avropa Liqasının pley-off mərəhləsinin “Tvente” ilə cavab görüşündə meydana çıxa bilərlər.

İdmanxeber.com-un məlumatına görə, ÇL-in pley-off mərhələsində zədələnərək azı 1 ay yaşıl meydanlardan kənar qalacağı bildirilən azərbaycanlı futbolçular “Qarabağ”ı Hollandiyadakı revanş matçında tək qoymayacaqlar.

Qurban Qurbanov sözügedən futbolçuların xidmətindən Hollandiyada istifadə edə bilər.

Qeyd edək ki, “Qarabağ” “Tvente” ilə ilk oyunu avqustun 21-də Bakıda, cavab görüşünü isə ayın 28-də Hollandiyada keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43