Dünya futbolu

Türkiyənin rəqibindən baş məşqçi dəyişikliyi: sabiq “Qalatasaray”lı gəlir

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində doğma azarkeşlər önündə Türkiyəyə məğlub olan Rumıniya (0:2) millisində baş məşqçi dəyişikliyi gündəmə gəlib.

Rumıniya mətbuatının yaydığı məlumata görə, sözügedən yığmanın hazırki məşqçisi Viktor Piturkanın göndəriləcəyi bildirilir. Həmin posta bir dönəm “Qalatasaray”da çıxış etmiş Giorge Haci və Popeskunun gətiriləcəyi yer alan xəbərlər arasındadır. Hacinin baş məşqçi Popeskunun isə onun köməkçisi olacağı söylənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43