Kateqoriyasız

Türklər millimizi rüsvay etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş “2014 Mercedes-Benz Ege Kuboku” turnirində bu gün ikinci oyununu keçirib. Türkiyə komandası ilə qarşılaşan yığmamız 1:7 hesabı ilə məğlub olub. Komandamızın oyundakı yeganə qolunu Qara Qarayev vurub.

Yığmamız “2014 Mercedes-Benz Ege Kuboku” turnirinin qrup mərhələsində sonuncu oyununu yanvarın 23-də, Bakı vaxtı ilə saat 14:00-da Ukrayna komandasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43