Ölkə futbolu

“Qarabağ”dan növbəti transfer

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Qarabağ" daha bir transferi reallaşdırmağa çox yaxındır.

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz Portuqaliyanın "Maritimo" klubunda çıxış edən Danilo Diasla danışıqlar aparır. Ağdam klubunun yaxın günlərdə futbolçuyla müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Dias "Maritimo"dan əvvəl Braziliyanın "Qoyas", "Bandeirante", "Qama", "Atletiko Qoyaniense", "Qoyania", "Noroeste", "İpatinqa" və "Uberaba" klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43