Kateqoriyasız

“Tvente” – “Qarabağ” matçı canlı yayımlanacaq – RƏSMİ

UEFA Avropa Liqasının pley-off mərhələsinin “Tvente” – “Qarabağ” matçı öncədən də xəbər verdiyimiz kimi canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, artıq matç “İdman Azərbaycan”ın proqramına salınıb. Beləliklə azarkeşlər avqustun 28-də, Hollandiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq qarşılaşmanı “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı izləyə biləcəklər.

Qeyd edək ki, Bakıda baş tutmuş ilk matçda hesab açılmamışdı – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43