Kateqoriyasız

Azərbaycanlı hakim UEFA kubokunun oyunlarına təyinat aldı

Futzal üzrə FİFA referisi Elçin Səmədli avqustun 27-dən 30-dək Monteneqroda keçiriləcək futzal üzrə UEFA Kubokunun ilkin seçmə mərhələsinin G qrupunun oyunlarına təyinat alıb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qrupda “Podgorica” (Monteneqro), “Ben Gurion” (İsrail) və “Zelezarec” (Makedoniya) klubları mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43