Ölkə futbolu

Ənənəyə sadiq qaldılar: “Qarabağ”a şans tanımadılar, “Neftçi”yə isə…

Dünyanın məşhur bukmeker kontorları Avropa Liqasının pley-off mərhələsinin cavab matçları üçün əmsalları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, həlldici mərhələnin son döyüşü üçün açıqlanan əmsallara əsasən “Qarabağ” və “Neftçi”nin qrup mərhələsinə adlamaq ehtimalları azdı.

Bakıda qolsuz bərabərə qalan “Qarabağ”ın Hollandiyada qazana biləcəyi qələbə əmsalı 4.00-a bərabərdi. Matçın heç-heçəsi 3.40, “Tvente”nin qələbəsi isə 1.80 əmsalı ilə dəyərləndirilib. 

Serbiyadan 2:3 hesablı yenilgi ilə dönən “Neftçi”nin “Partizan” üzərində qələbəsinə 2.45 əmsalı verilib. Matçın heç-heçəsi 3.40, “Partizan”ın Bakıdakı əldə də biləcəyi qələbəyə isə 2.55 əmsal verilib.

Avropa Liqası, ply-off mərhələsi

21:00 “Neftçi” – “Partizan” 2:45 – 3.40 – 2.55

22:30 “Tvente” – “Qarabağ” 1.80 – 3.40 – 4.00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43