Dünya futbolu

UEFA AÇ-2020-nin mükafat fondunu açıqladı

UEFA AÇ-2020-nin final mərhələsinin ümumi mükafat fondunu açıqlayıb.

Final mərhələsinə vəsiqə əldə edən hər yığma 9,25 milyon avro qazanacaq. Qrup mərhələsində hər qələbə üçün 1,5 milyon avro, heç-heçəyə isə 750 min avro avro mükafat veriləcək.

Qrup mərhələsində iştirak – 9,25 milyon avro

Qrup mərhələsində qələbə – 1,5 milyon avro

Qrup mərhələsində heç-heçə – 750 min avro

1/8 final – 2 milyon avro

1/4 final – 3,25 milyon avro

Yarımfinal – 5 milyon avro

İkinci yer – 7 milyon avro

Çempion – 10 milyon avro

AÇ-2020-nin final mərhələsi 12 şəhərdə keçiriləcək. Bu qarşılaşmalardan dördü Bakıda reallaşacaq.

Qeyd edək ki, millimiz AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya və Macarıstanla eyniq qrupda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43