Kateqoriyasız

UEFA Bakıda həlledici oyunların yerini dəyişdirdi

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın yarımfinal və final oyunlarının məkanı dəyişdirilib. 

İdmanxeber.com-un  AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın tövsiyəsinə əsasən yarımfinal oyunları “Dalğa Arena”da, final qarşılaşması isə 8-ci km qəsəbə stadionunda keçiriləcək. 

Yarımfinal və final matçlarının məkanının dəyişdirilməsi azarkeş tutumu ilə bağlı olub. Qitə futbol qurumu bu cür turnirlərin həlledici görüşlərində ajiotaj yaranması istədiyi üçün son qarşılaşmaların daha az tutumlu stadionlarda keçirilməsini qərara alıb. 
 
Qeyd edək ki, yarımfinal matçları mayın 18-də, final oyunu mayın 21-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43