Kateqoriyasız

UEFA-dan azərbaycanlı hakimlərə TƏYİNAT

UEFA tərəfindən FİFA dərəcəli hakimlərimizə yeni təyinatlar verilib. 

İdmanxeber.com-un məlumatına görə, Rəhim Həsənov oktyabrın 21-də, Tiflis şəhərində keçiriləcək UEFA Gənclər Liqasının “Saburtalo” (Gürcüstan) – “Mityulland” (Danimarka) oyununun baş hakimi olacaq. 

Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər.

Orxan Məmmədov və Yaşar Abbasov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda meydana çıxacaqlar. Bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43