İdman

UEFA-dan gələn vəsait klubların hesabına köçürülüb

2016/17-ci il  mövsümünü əhatə edən  UEFA-nın “Həmrəylik ödəmələri və  uşaq futbolunun inkişafı” proqramı çərçivəsində  həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan maliyyə  vəsaiti AFFA-nın vasitəçiliyi ilə aşağıdakı cədvələ uyğun olaraq köçürülüb:
 
UŞAQ FUTBOLU İLƏ BAĞLI AYRILMIŞ VƏSAİT
Zirə
71 053.33
Keşlə ( sabiq İnter )
71 053.33
Sumqayıt
71 053.33
AZAL
71 053.33
Neftçi
71 053.33
Kəpəz
71 053.33
 
Qeyd edək ki, “Kəpəz” və “Keşlə ” (sabiq İnter)  klubları üçün nəzərdə tutulmuş vəsait  klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43