Kateqoriyasız

UEFA klubların yeni reytinq siyahısını açıqladı: “Qarabağ” və “Qəbələ” irəlilədi

Avrokuboklarda keçirilən matçlardan sonra UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, “Monako” ilə heç-heçə edən “Qarabağ” 8 pillə irəliləyib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu irəliləmənin ardından 127-ci yerə yüksəlib.

Dortmundda “Borussiya”ya cavabsız qollarla yenilən (0:4) “Qəbələ” də irəliləyib. “Qırmızı-qaralar” 1 pillə irəliləyərək 253-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43