Kateqoriyasız

UEFA “Marsel” –  “Qarabağ” matçı ilə bağlı soruşur ki…

UEFA Konfrans Liqasının rəsmi “tvitter” hesabı pley-off mərhələsinin “Marsel” –  “Qarabağ” matçı ilə bağlı sorğu keçirir.

İdmanxeber.az-ın məlumatına görə,sorğuda “kim 1/8 final mərhələsinə yüksələcək” sualı ünvanlanıb.

Səsvermədə hələlik 1463 nəfər iştirak edib. Onlardan 73,5 faizi Fransa klubunun, 26,5 faizi isə “Qarabağ”ın mərhələ adlayacağına səs verib.

“Marsel” – “Qarabağ” qarşılaşması bu gecə, saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu bir həftə sonra Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43