Kateqoriyasız

UEFA “Neftçi”yə ödəniş edib

UEFA “Neftçi” komandasına ödəniş edib.

İdmanxeber.az-ın məlumatına görə, Avropa futbol qurumu UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə “ağ-qaralar”a 650 000 avro vəsait ayırıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, “Neftçi” Konfrans Liqasına I təsnifat mərhələsindən başlayıb. İlk raundda Kipr “Aris”ini keçən paytaxt təmsilçisi II mərhələdə Avstriyanın “Rapid” klubuna uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43