Avropa Liqası çərçivəsində “Beşiktaş”la qarşılaşacaq “Liverpul”a daha bir bəd xəbər UEFA-dan gəldi.
İdmanxeber.com-un məlumatına görə, ali futbol qurumu “mersisayıdlılar”ın “Benfika”dan 20 milyon avroya transfer etdiyi Lazar Markoviçə 4 oyunluq cəza verib. Buna səbəb 20 yaşlı futbolçunun Çempionlar Liqasının B qrupunun sonuncu – “Bazel”lə qarşılaşmasında gördüyü qırmızı vərəqə səbəb olub. Bilərəkdən rəqibini vuran Markoviçin həmin hərəkətinə qarşılıq UEFA futbolçuya 4 oyunluq cəza verib. Bu isə o deməkdir ki, Markoviç “Beşiktaş”la həm ilk, həm də cavab oyununda “Liverpul”a kömək edə bilməyəcək.
Qeyd edək ki, Stivin Cerrard da zədə səbəbindən “Beşiktaş”la oyunu buraxacaq.