Kateqoriyasız

UEFA “Qarabağ” – “İnter” oyunu ilə bağlı qərarını verdi

Bu gün UEFA-nın uzun müddətdi gözlənilən “Qarabağ” – “İnter” oyunu ilə bağlı qərarı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, ali qurum  “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin son turunda “İnter”lə keçirdiyi oyunda vurduğu qolunun çexiyalı hakim Miroslav Zelinka tərəfindən qeydə alınmaması ilə bağlı müraciətinə baxılıb.

UEFA “Qarabağ”ın bu şikayətini qəbul etməyib. Bu o deməkdir ki, oyunun təkrar keçirilmə və ya qolun sayılma variantı isə baş tutmayacaq.

Qeyd edək ki, matçda kobud səhvə yol verdiyi üçün görüşün baş hakimi Zelinka da cəzalandırılmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43