UEFA-nın “Qarabağ”ın futbolçusu Marko Veşoviçə verdiyi cəzanın müddəti bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı cinah müdafiəçisi bir oyun diskvalifikasiya edilib. Monteneqrolu oyunçu “Hakken”lə görüşün (2:1) 56-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
Veşoviç Portuqaliyada “Braqa”ya qarşı keçiriləcək pley-offun ilk oyununu buraxacaq.
“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.