İdman

UEFA rəsmisi Pro kateqoriyası üçün Bakıda

Bu gün AFFA-nın futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib.

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov və UEFA-nın Məşqçilərin Təhsili şöbəsinin müdiri Frank Ludolph iştirakçılara uğurlar arzulayıb.

Mayın 1-də başa çatacaq 1-ci modulun məşğələləri UEFA təlimatçısı Fritz Şmid, həmçinin yerli mütəxəssislər Aslan Kərimov və Osman Rəhimov tərəfindən keçirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43