27 Fevral 2024
Kateqoriyasız

UEFA reytinq cədvəlini açıqladı: “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran” və…

Klublarımızın2013/14 mövsümü və son beş mövsümü üçün reytinq cədvəli açıqlanıb.

UEFA-nın açıqladığı siyahıda Premyer Liqa klublarımız arasında ən yaxşı göstəriciyə “Qarabağ” məxsusdu.

UEFA Avropa Liqasının pley-off mərhələsinə kimi irəliləyən və qrupun bir addımlığında mübarizəni dayandıran Qurban Qurbanovun yetirmələri 237 komandanın yer aldığı siyahıda 43-cü yeri tutur. Digər klublarımızdan “Neftçi” 74-cü, “Xəzər Lənkəran” 119-cu, “İnter” isə 120-ci pillədə qərarlaşıb.

Son beş mövsümün siyahısında da Azərbaycan klubları arasında “Qarabağ” liderdir. Belə ki, ötən mövsümdən fərqli Ağdam təmsilçisi 39 pillə irəliləyərək 453 komanda arasında 189-cu yeri tutur. 

Ümumilikdə isə “İnter” 276-cı, “Bakı” 279-cu, “Xəzər Lənkəran” 299-cu, AZAL 377-ci, “Simurq” isə 379-cu yeri tutur. 

Reytinq cədvəlinə İspaniyanın 2Barselona” klubu başçılıq edir. “Bavariya” ikinci, “Real” (Madrid) isə üçüncüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43