Premyer Liqa

“Rəvan” – “Qarabağ” matçının başlama saatı dəyişdi

Topaz Premyer Liqasının VI turunun “Rəvan” – “Qarabağ” oyununun başlama vaxtı dəyişdirilib.

Canlı yayımla əlaqədar olaraq oyunun başlama vaxtı 18:00-a keçirilib.

Qeyd edək ki, daha öncə "Rəvan" – "Qarabağ" matçının başlama saatı 19:00-a nəzərdə tutulmuşdu.

13 sentyabr (cümə)

“Rəvan” – “Qarabağ”

Hakimlər: Səbayel Qurbanova, Azər Əsgərov, Mübariz Haşımov, Ömər Paşayev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Əli Hüseynov

“Bayıl Arena” stadionu, 18:00.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43