Dünyadan

“Həmin oyundan sonra Azərbaycanla matça köklənəcəyik”

“İndiki durumda Lüksemburq və Azərbaycanla oyun haqda heç düşünmürəm. Bütün diqqətimizi Premyer Liqada qarşılaşacağımız “Rostov”la oyuna yönəltmişik. Daha sonra Çempionlar Liqasının oyunları gəlir”.

Bu sözləri Rusiya millisinin futbolçusu

Vasili Berezutski “Sport-Ekspress” qəzetinə müsahibəsində deyib. 

Təcrübəli futbolçu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizlə Bakıda qarşılaşacaqları oyuna da toxunub:

“Lüksemburqla yalnız oyun ərəfəsində düşünəcəyəm. Həmin oyundan sonra Azərbaycanla matça köklənəcəyik. İstənilən halda həm Lüksemburqda, həm də Azərbaycanda qələbə qazanmalıyıq”.

Qeyd edək ki, oktyabrın 15-də Rusiya millisi Bakıda yığmamızın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43