19 Sentyabr 2024
Ölkə futbolu

UEFA reytinqi: “Zirə” qalib gəldi, Azərbaycan yüksəldi

“Zirə”nin Avropa Liqası I təsnifat mərhələsindəki “Şerif” qələbəsi (1:0) UEFA reytinqimizə təsir edib.

İdmanxeber.az-ın məlumatına görə, qəsəbə klubunun qalibiyyəti siyahıda Azərbaycanın bir pillə yüksəlməsinə səbəb olub. Xallarını 17 minə çatdıran ölkəmiz UEFA sıralamasında 25-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Slovakiya aktivindəki 17,125 xalla 24-cü, Kipr isə (16,975) 26-cı sırada yer alıb.

“Zirə” – “Şerif” matçı iyulun 18-də Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43