Kateqoriyasız

“Ukraynada olan olaylar da ona təsir etdi” – Qurban Qurbanov

Premyer Liqanın XX turu çərçivəsində “Qarabağ” safərdə “Zirə”nin qonağı olub və rəqibinə qalib gəlib – 3:0.

İdmanxeber.az-ın məlunatına görə, matçdan sonra Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm, yaxşı oyun göstərdilər. Vacib qələbə qazandıq. Üstünlüyümüz onda idi ki, “Zirə” bir qədər yorğun idi. Son oyunları qara görə iki gün davam etmişdi. Çox yaxşı komandaya qalib gəldik. Hər iki komandaya uğurlar arzulayıram.

– “Sumqayıt”la təxirə salınmış oyunu da nəzərə alsaq, ikinci yerlə xal fərqi 12-yə çatır. Komandanı kökləmək nə qədər çətin olacaq?
– Ən narahat olduğun nüanslardan biri komandada arxayınlıq olmasıdır. Bunu aradan qaldırmaq üçün futbolçularla danışırıq. Xal itkisindən yox, futbolçuların inamsızlığına görə narahatam. Bu olanda oyunumuzdan uzaqlaşırıq. Futbolçularım get-gedə daha da peşəkarlaşır. İlboyu komandanı eyni səviyyədə saxlamaq çətindir. Bəzən futbolçular performansını itirir. Bu yöncə onlarla danışırıq. Peşəkarlıqları yaxşılaşırsa, bu hal yaşanmamalıdır. İndi onlardan daha çoxunu tələb edirəm.

– Milli fasilə dövründə demək olar ki, düşərgədə futbolçu qaılmayacaq. Bu, hazırləığınıza necə təsir edəcək?
– Çempionatın sonuna kimi məni ən çox narahat edən məqamdır. 5 futbolçu ilə qalacağıq, onlar da legionerlərdir. Oyundan-oyuna formamız yaxşılaşmışdı, bu arada futoblçuların millilərə getməsi klub olaraq bizə çox böyük zərbədir. Əlbəttə, bir tərəfdən də onların yığmaya gedişinə sevinirik. İnşallah, zədələr olmaz. Başqa tələblər altında məşq etmələri onları burdakı idman formalarından uzaqlaşdırır. Buna görə narahatam. Məşq prosesini necə aparacağımızın hyolunu tapacağıq. Amma keyfiyyət itirəcəyik. Bunu yoluna qoymaq üçün çalışacağıq.

– Rüstəm Əhmədzadə xeyli müddətdir, komandadadır, ancaq az oynayır…
– Onda bir az problemlər oldu. Biz hazırlığa başlayanda koronavirusa yoluxdu və xəstəliyi ağır keçirdi. Bu gün onun idman formasından razı deyiləm. Özünə gəlməyə başlayanda zədələndi və bir həftə məşq edə bilmədi. Böyük potensialı var, sadəcə yaxşı məşq proqramı lazımdır. Ukraynada olan olaylar da ona təsir etdi, çox pis idi. İndi-indi özünə gəlməyə başlayır. Adaptasiyası üçün vaxt lazım olacaq. Daha yaxşı olması üçün çalışacağıq.

– Klub tərəfindən ona bir təklif olmuşdu ki, ailəsini bura gətirsin?
– Mən özüm onunla danışdım. Ailəsinin bir hissəsi rahat yerdə idi, digər hissədi Kiyevdə idi. Müəyyən müddət sonra hər şey qaydasına düşdü. Onları bura gətirmək problem idi. Heç kim üçün xoş deyil belə bir şeyin olması. Futbolçunu nə qədər motivasiya etsək də, fikri ordadır. İnşallah, müharibə tez bir zamanda bitər.

– “Neftçi” son oyunlarda ardıcıl qələbələr qazanır. Rəqabətin artması sizin üçün önəmlidirmi?
– Bütün komandalar bizə rəqibdir. Bu gün 3:0 qalib gəlsək də, meydanda mübarizə, sürət var idi. “Sabah”la qarşılaşma da çətin keçmişdi. Bir azərbaycanlı olaraq hər bir komandanın yaxşı səviyyəyə gəlməsinə sevinirəm. Son zamanlar 5-6 komandada məşqçilərin öz düşüncəsi görünür. Bunlara sevinirəm. Məqsədimiz bütün rəqiblərə qarşı ən yaxşı səviyyədə hazır olmaqdır. Daha çox özümüzü düşünürük, nəinki rəqibləri.

– Rəşad Sadıqovla şəxsi münasibətiniz hamıya bəllidir. Ona qarşı komanda hazırlamaq necədir? İlk yarıda komanda çox istəkli görünürdü…
– İkinci hissədə daha da istəkli idik.

– Danışıq apardığınız oyunçular varmı?
– Mətbuatda bəzən çox xəbərlər yayılır. İndi elə bir klub yoxdur ki, hər hansı futbolçu ilə maraqlanmasın. Eynilə biz də. Tez-tez hansı ölkələrdə hansı oyunçuların bizə uyğun olduğu ilə maraqlanırıq, bütün mövqelərə oyunçu axtarırır. Çünki düşünmədiyimiz problemlərlə üzləşirik. Ona görə də bütün mövqelər üzrə oyunçulara baxırıq, xəbər göndərir, maraqlanırıq. Bu, işimizin bir hissəsidir. Ancaq tam olaraq oyunçu adı çəkə bilmərəm. Bəzən şişirdilmiş xəbərlər yazılır.

– Abdulla Zubirin qardaşı da Azərbaycana gəldi. Onun bunda bir rolu var idi?
– Psixoloji tərəfdən ona faydası olacaq. Onun rolunun olduğuna yox deyə bilmərəm. Təklif edib. Zuriblə 2,5 illik müqaviləmiz var. Azərbaycan mentalitetinə, oyun üslubumuza uyğun futbolçudur. Belə hallara sevinirəm. İnşallah, daha yaxşı Zubir görərik.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43