Dünyadan

Ulduz futbolçu milli karyerasını bitirdi

Dieqo Forlan Uruqvay milli komandasındakı karyerasını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə 35 yaşlı futbolçunun özü məlumat verib.

Qeyd edək ki, 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının ən yaxşı futbolçusu seçilən Forlan Uruqvay millisində keçirdiyi 112 oyunda 36 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43