Dünya futbolu

“Ümid edirəm ki, o da “Barselona”ya gələr”

“Barselona”nın oyunçusu Joao Feliks Bernardo Silvanı Katalon klubunda görməyi arzulayır.

İdmanxeber.az məlumat verir ki, Feliks həmyerlisinin də bunu istədiyini deyib:

“Ümid edirəm ki, “Barselona” B.Silvanı transfer edəcək. O, çox yaxşı oyunçu və insandır. Tez-tez məndən bura haqqında məlumat alır”.

29 yaşlı Silva hazırda “Mançester Siti”də çıxış edir. Onun “şəhərlilər”lə 2026-cı ilin yayına qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43