Dünyadan

Uruqvayda Suares şoku

Kosta Rika matçı öncəsi keçirilən son məşqdə aparılan yoxlanışlar nəticəsində Luis Suaresin oynamağa hazır olmadığı ortaya çıxıb. 

İdmanxeber.com-un məlumatına görə, Suares Kosta Rikaya qarşı forma geyə bilməyəcək. Uruqvay millisinin baş məşqçisi Oskar Tabares ulduz futbolçunun ayağındakı problem səbəbindən onu oynatmamaq qərarına gəlib.

Tabares, uruqvaylı forvardın ağrı səbəbindən rahat hərəkət edə bilmədiyini bildirib.

Uruqvay millisinin Kosta Rika matçına Edinson Kavani və Dieqo Forlan forvard ikilisiylə çıxacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43