İdman

“Valensiya” “Astana”nın yarımmüdafiəçisini transfer edir

“Valensiya” heyətini gücləndirməyə davam edir.

İdmanxeber.com-un məlumatına görə, “yarasalar” “Astana”nın yarımmüdafiəçisi Nemanya Maksimoviçi heyətinə qatır.

Serb futbolçunun La Liqa klubuna yanvarda, icarə əsasında qoşulacağı gözlənilir.

Qeyd edək ki, 2015-ci ildə 20 yaşlı futbolçular arasında dünya çempionu olan Maksimoviç cari mövsümdə Qazaxıstan çempionatında 31 oyunda meydana çıxıb və 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43