Kateqoriyasız

“Valletta”nın prezidenti: “Qarabağ”ın 11 milyonluq büdcəsi var”

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi Maltanın “Valetta” klubunun prezideni Viktor Skiriha ölkəsinin mətbuatına verdiyi açıqlamada Ağdam təmsilçisinin güclü olduğunu etiraf edib.

İdmanxeber.com-un məlumatına görə, Malta klubunun başqanı “Qarabağ”ın büdcəsi haqda da danışıb:

“Qarabağ” kimi rəqiblə qarşılaşmada heç-heçə də pis nəticə deyil. Rəqibimiz 11 milyon avroluq illik büdcəyə malik güclü komandadı. Bundan başqa Azərbaycana səfər  bizim üçün çətinlik yaradır. Ancaq inanıram ki, futbolçularımız “Qarabağ”la oyunlarda əlindən gələni edib, uğur qazanmağa çalışacaqlar”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43