Ölkə futbolu

Yeni mövsümdən Premyer Liqa matçlarını hansı kanal yayımlayacaq?

Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümündə yayım hüququ çox güman ki, yenə "İdman Azərbaycan" telekanalında qalacaq.

Bu barədə idmanxeber.com-a Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.

PFL başqanı Ramin Musayev açıqlamasında xarici bir şirkətin Premyer Liqamızın yayım hüququnu almaq istədiyini demişdi. Şahgəldiyev danışıqların davam etdiyini və məsələnin açıq qaldığını bildirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43