Dünya futbolu

Valverde Erreranın “Barselona”ya transfer edilməsini istəyir

“Mançester Yunayted”in futbolçusu Ander Errera “Barselona”nın maraq dairəsinə düşüb.  

İdmanxeber.com-un məlumatına görə, komandanın gələcək baş məşqçisi Ernesto Valverde rəhbərlikdən xavbeki transfer etməyi xahiş edib.

Valverde 27 yaşlı futbolçu ilə “Atletik”dən yaxşı tanışdır. Məhz bask klubundan o, 36 milyon funta “Mançester Yunayted”ə keçmişdi. İngilislərin çalışdırıcısı isə futbolçu ilə müqavilənin dərhal uzadılmasını rəhbərlkdən tələb edib.

Xatırladaq ki, Erreranın “Mançester Yunayted”lə sözləşməsi gələn yay başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43