Kateqoriyasız

Vidadi Rzayev yenidən “Kəpəz”də

“Kəpəz”in sabiq baş məşqçisi Vidadi Rzayev yenidən doğma klubuna qayıdıb.

İdmaxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssis 19 yaşlılardan ibarət komandanın baş məşqçisi təyin edilib.

O, bu postda Fuad İsmayılovu əvəz edib. Bununla belə, İsmayılov da komandanı tərk etməyib. O, Rzayevin köməkçisi təyin edilib. U-19 komandasında köməkçi məşqçi işləmiş Tofiq Məmmədov isə klubun

16 yaşlılardan ibarət komandasının baş məşqçisi olub.

Qeyd edək ki, Vidadi Rzayev müxtəlif vaxtlarda “Kəpəz”də məşqçi və baş məşqçi işləyib. Ötənlərin məşhur futbolçusu komanda birinci divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43