Kateqoriyasız

“Kəpəz”in daha iki rəqibi müəyyənləşdi

Topaz Premyer Liqasının qış hazırlığı dövründə “Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha iki komandanın adı məlum olub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbəər görə, “sarı-göylər” ilk yoldaşlıq matçını yanvarın 13-də keçirəcək. İlk matçda “Kəpəz” əvəzedici komanda ilə qarşılaşacaq. Matç saat 16:00-da başlayacaq və Yevlaxdakı təlim-məşq bazasının stadionunda keçiriləcək.

“Kəpəz” Bakı toplanışı çərçivəsində isə “Ağsu” ilə qarşılaşacaq. Birinci divizion təmsilçisi ilə oyun yanvarın 26-da Bakıda olacaq. Hələlik qarşılaşmanın keçirilmə yeri və saatı dəqiqləşməyib.

Xatırladaq ki, bundan öncə Gəncə klubunun yanvarın 23-də “Neftçi” ilə yoxlama matçında üz-üzə gələcəyi açıqlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43