İdman

Vitali Vernidub: “Həmin oyunlarda da çatışmazlıqları aradan qaldırıb əvvəlki səviyyəyə çata bilərik” – VİDEO

“Toplanış yaxşı keçir. Komanda hazırlaşır. Hamı yaxşı əhval-ruhiyyədədir. Gərgin işlə çempionatın ikinci yarısına hazırlaşırıq. Özüm haqda deyim ki, yavaş-yavaş optimal formamı əldə edirəm. Ümid edirəm ki, rəsmi oyunlara qədər tam şəkildə hazır olacam”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Vitali Vernidub Antalyadakı hazırlıq prosesi barədə fikirlərini Qəbələ TV-yə açıqlayarkən deyib.

O,  oynadıqları yoxlama görüşlərinin yaxşı alındığını bildirib: “İki oyunumuz da hələ qalıb. Məncə, həmin oyunlarda da çatışmazlıqları aradan qaldırıb əvvəlki səviyyəyə gəlib çata bilərik. Toplanış ötən il keçdiyimizdən fərqlənmir. Normalda olduğu kimi yenə də yolunda gedir. Üç ildir buradayam. Görürəm ki, hər şey  planlaşdırıldığı kimi gedir və o tempdə də davam edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43