Dünya futbolu

Vüqar Əsgərov Latviyada növbəti qolunu vurdu

Latviya birinci liqasında 2-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası – “Olayne” doğma meydanda “Tukums” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Matça start heyətdə başlayan və sonadək meydanda olan Vüqar komandasının qələbəsində xüsusi pay sahibi olub. Belə ki, qarşılaşmada hesabı 26-cı dəqiqədə məhz Əsgərov açıb. Bu, onun yeni mövsümdə 2-ci qoludu.

“Olayne” iki turdan sonra 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43