Ölkə futbolu

Vüqar Nadirov “nisyə” söhbət etdi: “Gərək hər kəs inansın”

"Dörd oyun idi qələbə qazana bilmirdik. Bu oyunlardan sonra bizə mütləq qələbə lazım idi. Bugünkü oyunda qol vurdum və çalışacağam ki, bundan sonrakı matçlarda da qol vurum. Hər komandanın başına gələ bilən şeydi uğursuzluq. Əsas odur ki, toparlana bildik".

Bu sözləri idmanxeber.com-a açıqlamasında "Qarabağ"ın futbolçusu Vüqar Nadirov deyib.

Ağdam klubunun üzvü daha sonra millimizin Şimali İrlandiya və Rusiya ilə keçirəcəyi oyunlar haqda da düşüncələrini bölüşüb. Əməkdaşımızın Nadirova ünvanladığı "Lüksemburqu belə yenə bilməyən millidən azarkeşlər nə gözləsin?" – sualına, futbolçu belə cavab verib

"Hələ o oyunlara var. Çalışacağıq ki, Azərbaycan xalqını öz qələbəmizlə sevindirək. Futbolda hər şey ola bilər. Gərək hər kəs bizim qələbə qazanacağımıza inansın. Portuqaliya səfərdə az qala Şimali İrlandiyaya udua… Bu futboldu, hər şey ola bilər".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43